Zelenskinin tezliklə müharibənin sona çatacağı ilə bağlı proqnozu NƏYƏ ƏSASLANIR?- ŞƏRHbackend

Zelenskinin tezliklə müharibənin sona çatacağı ilə bağlı proqnozu NƏYƏ ƏSASLANIR?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada mövcud olan düzən nə qədər də bir çoxlarının hesab etdiyi ədalətsiz kimi görünsə də bu, heç də belə deyil. Bir dövlətin güclü olması ona özündən zəif dövlətləri əsarət altına almasına, onları təzyiq altında saxlamasına zəmin yaratmır. Rusiyanın da böyük və güclü olması onun Ukraynaya istədiyini edə biləcəyi və bunun da cəzasız qalacağı heç vaxt dünyanın aparıcı dövlətləri tərəfindən qəbul edilə bilməz. Rusiya özünü güclü hesab edə bilər, amma o, dünya birliyindən böyük deyildir və onun bu aqressiyası öz cavabını alacaq”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, Volodimir Zelenskinin tezliklə müharibənin sona çatacağı ilə bağlı proqnozu bu gerçəyə dayanır:

“Hesab edirəm ki, Rusiya-Ukrayna arasında atəşkəs imzalanması mümkün deyil. Müharibə tərəflərdən birinin, fikrimcə, Ukraynanın qələbəsi fonunda hələ davam edəcək. Rusiya hələlik uğur hesab edilə biləcək xırda irəliləyişlər əldə etsə də, bu, nəticə etibarilə əsaslı dəyişiklik deyil. Rusiya onsuz da Ukraynaya ekspansiyanın ilk dəqiqəsindən strateji olaraq məğlub olub. Müharibənin əsas həlledici anı payız aylarında olacaq. Qərb və Avropa Ukraynanı silahlandırır. Bu, ləng getsə də proses gedir. İki-üç aya Ukrayna ordusunun əks-hücum potensialı istənilən səviyyəyə gələcək. Bu müddət ərzində də Rusiya həm iqtisadi, həm də hərbi güc itirməyə davam edir, getdikcə zəifləyir. Müharibənin həlledici anı Ukraynanın əks-hücumundan sonra alınacaq nəticələrə əsasən olacaq. Təbii ki, Rusiyanın hərbi gücü nə qədər də deyildiyi kimi olmasa da, amma rus ordusunun təchizatı güclüdür və son nəticə etibarı ilə nüvə dövlətidir. Bu, çox şeyi həll edir”.

“Ukrayna xalqı və dövləti müharibənin son nəticəsi nə olur-olsun artıq qalibidir və qəhrəmanıdır. Rusiya isə bundan sonra heç vaxt dünya birliyinin qəbul edəcəyi bir dövlət olmayacaq”,- deyə Azər Qasımov deyib.

//Gülnarə Abasova, Editor.az