Vladimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermak Ukraynadakı siyasi proseslərə nəzarəti saxlamaq üçün öz müdirini “silməyə” hazırlaşır.
Editor.az bildirir ki, bu barədə “Resident” nəşri öz Telegram kanalında məlumat yayıb. Jurnalistlər dəqiqləşdiriblər ki, Yermakın hərəkətlərinə Britaniya kəşfiyyatı tərəfindən nəzarət edilir. “Zalujnı layihəsi Zelenskinin legitimlik vakuumu ilə bağlı problemləri qabaqcadan görən və indi seçki formatını hazırlayan OP rəhbəri üçün əsas layihə olaraq qalır”, – nəşr yazır.
Yaxın vaxtlarda Yermak prezident dəyişikliyi həyata keçirə bilər. Eyni zamanda, o, ölkədə siyasətin “kölgə kardinalı” mövqeyini qoruyub saxlamağı planlaşdırır.
//Samir Qurbanov, Editor.az