Zelenskiyə qarşı 12-dən çox sui-qəsd cəhdi olubbackend

Zelenskiyə qarşı 12-dən çox sui-qəsd cəhdi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibə başlayandan bəri Rusiya tərəfindən Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı 12-dən çox sui-qəsd cəhdi olub”.

Editor.az Ukraynanın “Golos Today” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə nüfuzlu “İndependent” nəşri məlumat yayıb. Xəbərə görə, Zelenskiyə qarşı sui-qəsd cəhdlərininin ən azı ikisinin qarşısı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən alınıb.

ABŞ kəşfiyyatı müharibə başlamazdan əvvəl Kiyevdə keçirilən gizli görüşdə Zelenskiyə sui-qəsd təhlükəsi barədə xəbərdarlıq edib.

ABŞ kəşfiyyatı tərəfindən təqdim edilən məlumat o qədər dəqiq olub ki, bu Ukrayna təhlükəsizlik qüvvələrinə Zelenskiyə qarşı azı iki sui-qəsd cəhdinin qarşısını almağa kömək edib.

//Samir Qurbanov, Editor.az