Zəlzələ ilə bağlı AÇIQLAMA: “Bu bölgədə davam edəcək…”backend

Zəlzələ ilə bağlı AÇIQLAMA: “Bu bölgədə davam edəcək…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Egey dənizində, İzmirin Menderes rayonunda baş verən 5,1 bal gücündə zəlzələ əhali arasında narahatlıq yaradıb.

Editor.az  oxu.az-a istinadən bildirir ki, bu barədə danışan türkiyəli mütəxəssis Övgün Ahmet Ercan afterşokların hələ 2 həftə davam edəcəyini bildirib.

“Kuşadası Pamucak körfəzinin şimalında saat 08.19-da 5,1 bal gücündə zəlzələ baş verdi. Bunun əsas zəlzələ olduğu qənaətindəyəm. Afterşoklar isə 2 həftə davam edəcək. 1-2 gün ərzində 4 bal gücündə ikinci təkan gələ bilər. Bu bölgədə bu böyüklükdə zəlzələ dağıdıcı deyil”, – deyə o qeyd edib.