Zəlzələ ilə bağlı biabırçı paylaşım: “Bu leş üçün lazım olanı dərhal edin” -FOTObackend

Zəlzələ ilə bağlı biabırçı paylaşım: “Bu leş üçün lazım olanı dərhal edin” -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədənin Kahramanmaraş vilayətindəki zəlzələlərdən sonra sosial mediada açıq-saçıq geyimi ilə paylaşımlar edən sosial media fenomeni Bahar Candanın davranışları etirazla qarşılanıb.

Kanal.az xəbər verir ki, Candan səhv etdiyini etiraf edib. O bildirib ki, zəlzələ onu da dərindən sarsıdıb. O qeyd edib ki, sosial mediada sarsıdıcı videoları izləməmək üçün xarici video bölməsini seçib. “Ən böyük qorxum ölkəmdəki zəlzələnin travması ilə birləşən klostrofobiyadır. Mənim üçün bundan daha pis nə ola bilər deyərkən anladım ki, istəmədən sizi incitmişəm. Başa düşürəm ki, bu kritik günlərdə mənə hirslənirsiniz. İnstaqramda fasilə verirəm. Bundan sonra uzun müddət özümü ciddi aparacam” – deyə sosial media fenomeni bildirib.Qeyd edək ki, Bahar Candan zəlzələdən sonra açıq geyimdə fotosunu paylaşaraq yazıb:

“Mən və oyuncaq ayım zəlzələyə görə çox üzgünüz. Sizə kömək etmək üçün əlimizdən gələni edəcəyik”.

İrem Derici Bahar Candanın paylaşımına sərt reaksiya verərək “Bu leş üçün lazım olanı dərhal edin” deyə bildirib. Selin Ciğerçi isə “Haradasa görsəm üzünə tüpürərəm” deyib.

Bahar Candan onu təhqir edənlərlə bağlı polisə şikayət edib.