Zəlzələ kimi təbii fəlakətlərin uşaq psixologiyasında yaratdığı FƏSADLAR: Belə hallarda nə etməli?- Psixoloqdan AÇIQLAMAbackend

Zəlzələ kimi təbii fəlakətlərin uşaq psixologiyasında yaratdığı FƏSADLAR: Belə hallarda nə etməli?- Psixoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəlzələ kimi təbii fəlakətlər böyüklərdən çox uşaqların psixologiyasına mənfi təsir göstərir. Xüsusilə uşağın zəlzələ kimi təbii fəlakətdən xəbərinin olmaması , həmin anda nə etmək lazim olduğunu bilməməsi daha dərin travmaya yol açır”.

Bu sözləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.


Psixoloq bildirib ki, zəlzələ anı və sonrası uşaqların qorxması təbii olaraq normaldır

“Bu qorxunun isə ağırlıq dərəcəsi hadisənin yaşanma şəklindən aslıdır. Zəlzələ travması daha çox məktəbəqədər yaş dövründə olan uşaqlara təsir edir. Bəzi hallarda uşaqlarda özünü günahlandırma hissi yaranır. “Mən özümü pis apardım, anamın sözünə baxmadım ona görə belə oldu”. Zəlzələ kimi təbii fəlakətləri müəllimlər bu yaş dönəmində olan uşaqlara izah edərkən uşaqlarda “mənə və ailəmə nə olacaq?” komi düşüncələr, itirmək qorxusu yaranır. Bu hallar yaşanarkən uşaqların özlərini güvəndə hiss etməsi üçün valideynlərə böyük məsuliyyət düşür. Zəlzələni uşağa izah edərkən detallara varmamaq qısa və konkret cavab vermək məsləhət görülür. Uşağın zəlzələ ilə bağlı düşüncə və hisslərinə önəm verilməlidir. Zəlzələdən sonrakı dönəmdə uşaqlarda güvənsizlik, itirmək qorxusu, valideyndən ayrılmamaq, yuxusuzluq, qorxulu yuxular görmə, iştahsızlıq, qarın ağrısı, baş ağrısı, bədən ağrıları halsızlıq kimi hallar görülə bilir. Zəlzələdən sonra uşaqların ehtiyacı olan ilk hiss özünü və yaxınlarını güvəndə hiss etməkdir. Bu səbəbdən,yaxınlarının yanında olmaları və əsas ehtiyaclarının yaxınları tərəfindən ödənməyi məsləhətdir”.

//Gülnarə Abasova, Editor.az