Zəlzələ zeytun tarlasını ikiyə böldübackend

Zəlzələ zeytun tarlasını ikiyə böldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Hatay vilayətində baş verən iki zəlzələdən sonra 200 m uzunluğunda və 20 m dərinliyində qırılma əmələ gəlib.

Editor.az bildirir ki, bu barədə İHA Haber telekanalı məlumat yayıb. Çatlaq Təpəxan kəndi yaxınlığında yaranıb. O, 35 hektar ərazisi olan zeytun tarlasını ikiyə bölüb. Qeyd edək ki, son məlumatlara görə, fevralın 6-da Türkiyədə baş verən 7,8 və 7,7 bal gücündə iki zəlzələ qurbanlarının sayı 22 min nəfəri keçib.

Türkiyə hakimiyyəti bu iki zəlzələnin dağıdıcılıq gücünü 500 atom bombasının gücü ilə müqayisə edib.

  //Samir Qurbanov, Editor.az