Zəlzələdə ölən qızın vəsiyyəti tapıldı: “Mənə nəsə olsa, hamısı anamındır…” – VİDEO – FOTObackend

Zəlzələdə ölən qızın vəsiyyəti tapıldı: “Mənə nəsə olsa, hamısı anamındır…” – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Hatay şəhərindəki dəhşətli zəlzələdə həlak olan Ayşegül Çinin vəsiyyəti dağıntılar altından tapılıb.

Editor.az big.az-a istinadən bildirir ki, subay olduğu deyilən xanım qızıllarını saxladığı çantaya, sanki öləcəyini hiss edərək, bir kağız qoyub.

Tapılan kağızda Ayşegül başına bir iş gəldiyi halda qızıllarının anası Məryəm Çinə verilməsini istəyib:

“Mənə bir şey olsa, çantadakilərin hamısı anamındır. Bunları Həcc və Ümrə üçün istifadə etməsini istəyirəm”.

Lakin onun anası da dağıntılar altında qalaraq həlak olub. Bu səbəbdən qızıllar Ayşegülün qardaşı Hüseyn Çinə təhvil verilib.

Bacısı və anası haqqında “Bu dünyanın adamları deyildilər” deyən Hüseyn qızılları böyük qardaşının uşaqlarına verəcəyini bildirib.