Zəlzələdən qorxan sakinlər özlərini balkondan atdılarbackend

Zəlzələdən qorxan sakinlər özlərini balkondan atdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malatyada bir neçə saat əvvəl baş verən baş verən zəlzələdə vətəndaşlarından bir neçəsi özünü balkondan aşağı atıb.

Publika.az xəbər verir ki, bu barədə Malatya valisi Hulusi Şahin “CNN Türk”ə danışıb. Hulusi Şahin qeyd edib ki, ərazidə yoxlamalar aparılıb:

“Yoxlamalarda bir boş binanın dağıldığını gördük. İki bina da yana doğru əyilib. Biz bunları zatən boşaltmışdıq. Təşvişlə balkondan özünü aşağı atan vətəndaşlarımız var. 30-dan çox adam xəstəxanaya müraciət etdiyini qeydə aldıq. Lakin ciddi yaralanma yoxdur. Bunlar əsasən ayaq qırılması, bilək burxulması kimi zədələrdir”, – vali açıqlamasında bildirib.