Zəlzələlər nəticəsində Türkiyəyə dəymiş ziyanın həcmi məlum oldu: rəqəm fantastikdir!backend

Zəlzələlər nəticəsində Türkiyəyə dəymiş ziyanın həcmi məlum oldu: rəqəm fantastikdir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevral ayında baş verən zəlzələlərin Türkiyəyə vurduğu ziyan 110 milyard dollar təşkil edib.

Editor.az bildirir ki, bunu ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki deyib. Onun sözlərinə görə, ölkə ərazisinin 66%-i və vətəndaşlarının 71%-i seysmik risk zonasındadır. Cənab Ozhaseki parlamentdə nazirliyin 2024-cü il büdcəsini müzakirə edərkən bu mövzunu qaldırıb.

O bildirib ki, idarə İstanbulda baş verə biləcək zəlzələ ilə bağlı yol xəritəsi hazırlayıb. “Bu, 5 il ərzində 1,5 milyon binanın təmirini nəzərdə tutur”, – nazir aydınlıq gətirib. O əlavə edib ki, ilkin mərhələdə 300 minə yaxın ev tikmək niyyətində olduqları ərazilər artıq seçilib.

Lakin nazir bu işin nə vaxt başa çatdırılması lazım olduğunu açıqlamayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,6 və 7,7 bal gücündə zəlzələlər qeydə alınıb.

//Samir Qurbanov, Editor.az