Zəngəzur dəhlizi bu prinsiplə də açıla bilər: “Qərb bunu dəstəkləyəcək, çünki…”backend

Zəngəzur dəhlizi bu prinsiplə də açıla bilər: “Qərb bunu dəstəkləyəcək, çünki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu versiya Ermənistanda zaman-zaman gündəmə gəlir. İstisna edilməməlidir ki, Zəngəzur dəhlizinin sözügedən variantda da açılması mümkündür. Bu iddiaların gündəmə gətirilməsina səbəb daha çox Ermənistanın ictimai rəyində müxalif düşərgənin hakimiyyətə qarşı əsas ittihamlarıdır. Belə ki, bundan kampaniya kimi istifadə edirlər. Ancaq bunun tam əsassız olduğunu da demək olmaz”.

Siyasi şərhçi Asif Nərimanlı Editor.az-a Ermənistanla Azərbaycan arasında bəzi razılaşmaların olduğunu, ilkin mərhələdə hansısa özəl beynəlxalq təşkilatın Zəngəzur dəhlizinə nəzarət edəcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

A.Nərimanlının sözlərinə görə, Ermənistan tərəfi nə qədər Zəngəzur dəhlizinin açılmasına, ABŞ, Qərb dəhlizin 10 noyabr razılaşmasına uyğun açılmasına qarşı olsa da hər iki tərəf anlayır ki, regionda kommunikasiyaların fəaliyyətə başlamasının yenə yolu Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı tələbinin yerinə yetirilməsidir:

“Təbii ki, Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun açılması mümkün olmasa belə başqa variant mövcuddur. Belə ki, bu variantla Azərbaycandan Naxçıvana daşınan yüklər  və gedən sərnişinlər gömrük yoxlanışına məruz qalmırlar. Digər üçüncü ölkələr bu marşurutdan istifadə etdikdə isə onlar gömrük yoxlanışından keçməlidir. Bu təklif Qərbdə gündəmə gətirilib. Azərbaycanın da kommunikasiyaların açılması ilə bağlı son şərti budur. Maksimum Azərbaycan bunu güzəştə gedə bilər ki, kommunikasiyaların 10 noyabr razılaşmasına uyğun açılmasına qarşı Qərbin mövqe ilə razılaşır və əvəzində Naxçıvana maneəçilik keçidinin verilməsinə qane olur. Bu konteksdə Ermənistan  və bu prosesdə onu dəstəkləyən Qərb Azərbaycanın mövqeyinin nəzərə almalı olduğunu anlayır. Ancaq Ermənistan hakimiyyəti bu halda çətin vəziyyətdə qala bilər. Bu baxımdan Ermənistan tez-tez ictimai rəyə hesablanmış bəyanatlar verə bilər. Regionda kommunikasiyalar da məhz bu prinsiplə açıla bilər və bunun əksi mümkün deyil.  Qərb də, Amerika da bu məsələdə Azərbaycanın tələbi ilə razılaşa bilər. Çünki ABŞ-nin əsas istəyi bu dəhliz coğrafiyasında maşuruta nəzarət etməkdir. Bütün bunlar zaman-zaman gündəmə gələn və mümkün ola biləcək versiyalar sırasındadır”.

//Gülnarə Abasova, Editor.az