Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlər var – Yılmazbackend

Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlər var – Yılmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan Vətən müharibəsinin bir qrup iştirakçısı yanvarın 9-da Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz ilə görüşüb.

Türkiyə Respublikası Prezidenti Administrasiyasında keçirilən görüşdə vitse-prezident Cövdət Yılmaz 30 ilə yaxındır işğalda olan torpaqların azad olunması münasibətilə Azərbaycanın Vətən müharibəsi iştirakçılarını təbrik edib, son antiterror əməliyyatlarının da bu Zəfəri möhkəmləndirdiyini vurğulayıb.

O, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü barədə öz təəssüratını bölüşüb. Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün ölkəmizə geniş heyətlə səfər edəcəklərini bildirib.

Vitse-prezident Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlərin olduğunu deyib:

“Azərbaycan ilə Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) ən fəal üzvlərindəndir. Azərbaycanın Qarabağdakı Qələbəsi TDT-nin bugünkü inkişafına böyük töhfələr verib”.

Qeyd edək ki, görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndəsi, ölkəmizin hərbi attaşesi və qardaş ölkənin hərbyönümlü dərnəklərinin rəhbərləri də iştirak ediblər.

//axar.az