Ermənistan suverenlik və yurisdiksiya anlayışlarına əsaslanaraq, 10 noyabr üçtərəfli sazişinin 9-cu bəndinin tələblərini yerinə yetirməkdən imtina edir.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, bu anlayışlarda ilk baxışda qeyri-adi heç nə yoxdur. Lakin konkret olaraq Zəngəzur dəhlizi ilə bağlı vəziyyətdə İrəvan öz coğrafi vəziyyətindən sui-istifadə edir.
Süjetdə bildirilir ki, vaxtilə Zəngəzurun Ermənistana verilməsi faktı Azərbaycanın suverenlik hüququnun pozulmasıdır.
Daha ətraflı videomaterialda: