“Zəngəzur dəhlizi reallaşır” – Məşhur nəşr Türkiyə ilə Azərbaycanı birləşdirən dəhlizdən yazırbackend

“Zəngəzur dəhlizi reallaşır” – Məşhur nəşr Türkiyə ilə Azərbaycanı birləşdirən dəhlizdən yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük vətən müdafiəsindən sonra 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edən Azərbaycan tarixi şəhərlərini dirçəltməyə, yeni yollar çəkməyə başlayıb. Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizi addım-addım yaxınlaşır”.

Bu sözlər qardaş Türkiyənin nüfuzlu “Aksam” qəzetində dərc olunan məqalədə yer alıb. Nüfuzlu nəşr yazır ki, Azərbaycan kifayət qədər sürətlə inkişaf edib. Bölgə üçün son dərəcə əhəmiyyətli olan Zəngilan Hava Limanı Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimlə istifadəyə verilib. Bununla belə, açılacaq dəhlizlə bölgədə şəhərlər dirçələcək, yeni yollar, dəmiryol sistemləri, hava limanları böyük əhəmiyyət qazanacaq. Azərbaycan Zəngəzur dəhlizi üçün çox vacib olan magistral yol işlərinin əksəriyyətini başa çatdırıb. Horadiz, Cəbrayıl, Zəngilan və Ağbənd arasında olan avtomobil yolu artıq istifadəyə verilməsi üçün günləri sayır.

Mütəxəssislər deyirlər ki, sözügedən avtomobil yolu Zəngəzur dəhlizi üçün həyati əhəmiyyət kəsb edir:

“Zəngəzur bir vaxtlar müsəlman türk əhalisinin məskunlaşdığı tarixi Azərbaycan ərazisi olsa da, 1920-ci illərdə Sovet İttifaqı tərəfindən Ermənistana birləşdirilib və bu gün də Ermənistanın sərhədləri daxilindədir. Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycan Naxçıvanla quru əlaqəsini itirdi. Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında birbaşa quru əlaqəsinin olmaması Bakı administrasiyası üçün həmişə çətinliklər yaradıb. Ermənistanın 44 günlük müharibədə məğlubiyyəti ilə imzalanan atəşkəsin 9-cu maddəsi regionda yaradılacaq nəqliyyat dəhlizləri ilə bağlı idi.

Dəhliz regionun iqtisadi və nəqliyyat əlaqələrində maneələr aradan qaldırılacaq. Ermənistan hər iki istiqamətdə vətəndaşların, avtonəqliyyat vasitələrinin və yükdaşıyan nəqliyyat vasitələrinin hərəkətini təşkil etmək məqsədilə Azərbaycanın qərbində yerləşən rayonlarla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Nəqliyyat rabitəsinə nəzarət də Rusiya Sərhəd Mühafizə Xidmətinin qurumları tərəfindən həyata keçiriləcək. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında nəqliyyat kommunikasiyaları şəbəkələri qurulacaq.

Azərbaycan avtomobil və dəmir yolu daşımalarının həyata keçiriləcəyi Zəngəzur dəhlizinin reallaşdırılması üçün öz ərazisində sürətlə başladığı layihələri intensiv şəkildə davam etdirir. Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycanla Türkiyə arasında məsafə qısalacaq. Ankaradan başlayan dəmir yolu xətti Qarsa, oradan isə Naxçıvana gedir. Burada Zəngəzur dəhlizi işə düşür.

Dəhlizin açılması ilə tikiləcək dəmir yolunun Qars-Tbilisi-Qars marşrutunu izləyən xəttdən daha qısa olacağı gözlənilir. Azərbaycanın Ermənistanla deyil, Rusiya ilə görüşməsinin səbəbi Ermənistanın dəmir yollarının mülkiyyətinin Rusiyaya məxsus olmasından irəli gəlir.

Əgər Ermənistan regionda sülh axtarışına töhfə vermək qərarına gəlsə və bu nəqliyyat layihələrində iştirak etsə, Bakıdan Horadizə və Horadizdən Naxçıvanın şimalına öz dəmir yolu xəttini birləşdirə biləcək. Beləliklə, Ermənistan Rusiya və İrana fasiləsiz nəqliyyat əldə edə biləcək.

Dəmir yolu xətti ilə paralel olaraq eyni marşrutlarda avtomobil yolları da istifadəyə verilir. Azərbaycan Zəngəzura qədər uzanacaq Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsinə başlayıb və layihə sürətlə davam edir.

Milli.az