Zəngəzur dəhlizi uğrunda regionda ciddi mübarizə gedir: NƏLƏR BAŞ VERİR?backend

Zəngəzur dəhlizi uğrunda regionda ciddi mübarizə gedir: NƏLƏR BAŞ VERİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizi məsələsinin Türkiyə üçün əhəmiyyəti böyükdür. Dəhliz Türkiyənin şərqə açılan qapısıdır. Ancaq Zəngəzur dəhlizinin açılması üçün müəyyən şərait yaradılmalıdır”.

Bu fikirləri politoloq Samir Hümbətov Editor.az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəl Zəngəzur dəhlizinin açılmasının sülh müqaviləsinə daxil edilməsinin, bir qədər əvvəl Zəngəzur dəhlizi məsələsinin Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişindən çıxarıldığı, növbəti mərhələyə saxlanıldığı barədə açıqlamasını şərh edərkən deyib.

Politoloq bildirib ki, Zəngəzur dəhlizi uğrunda regionda ciddi mübarizə gedir:

“Dəhlizə bir tərəfdən Rusiya, digər tərəfdən ABŞ nəzarət etmək istəyir, Aİ da bu məsələdə maraqlı görsənir. İran ümumiyyətlə dəhlizin fəaliyyətinə qarşıdır. Görünən odur ki, müxtəlif qüvvələr bu məsələdə bir tərəfdən öz maraqlarını təmin etməyə çalışır. Türkiyə məsələnin arxa plana keçməsini Azərbaycanla razılaşdırılmış, koordinasiyalı şəkildə aparmaq istəyir. Ankara ilkin mərhələdə sülh müqaviləsinin imzalanmasının,ancaq bu müqavilənin gizli detallarının gələcəkdə Zəngəzur dəhlizi formasını alıb ordan ərazi kimi istifadə edilməsinin tərəfdarıdır. Bu, Türkiyənin özünün də iqtisadi maraqlarına uyğundur. Ona görə hesab edirəm ki, Türkiyənin məqsədi məsələni biraz daha da sakitləşdirmək, dolasıyla sülh müqaviləsinə nail olmaq, böyük güclərin burada maraqlarının azalmağa başladığı dövrdə yeni mərhələdə həmin güclərin olmadığı bir şəraitdə Zəngəzur dəhlizinin açılmasına imkan yaratmaqdır”.

//Gülnarə Abasova, Editor.az