Zəngəzur dəhlizi xəyal olaraq qalacaq – İran səfiribackend

Zəngəzur dəhlizi xəyal olaraq qalacaq – İran səfiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəngəzur dəhlizi ilə bağlı arzu və xəyallar heç vaxt reallığa çevrilməyəcək.

 

Yenisabah.az əbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.

“Kommunikasiyaların blokadaddan çıxarılması ilə bağlı mövqeyimiz çox dəqiq və aydındır. Biz açılışın əleyhinə deyilik, amma əminəm ki, açılış çərçivəsində bütün tədbirlər milli və dövlət suverenliyi çərçivəsində həyata keçirilməlidir”.

Ermənistanın yollarına üçüncü dövlətlər tərəfindən nəzarət edilməsinə gəlincə, səfir xatırladıb ki, Ermənistan hökuməti bu məsələdə öz mövqeyini çox aydın ifadə edib.

“Tam nəzarət Ermənistan hökumətinin əlində və Ermənistanın suverenliyi çərçivəsində olmalıdır. Bu, 19-cu əsr deyil, biz 21-ci əsrdə yaşayırıq. Ölkələr müstəqillik və suverenliyə malikdir və bu hüquqdan istifadə edirlər”, – diplomat əlavə edib.