“Son hadisələr göstərdi ki, İran Zəngəzur dəhlizi ilə bağlı məsələdə “neytral” mövqe nümayiş etdirir. Ancaq rəsmi Tehran çalışır ki, birbaşa Azərbaycanın nəzarətində olan kommunikasiya xətlərinin reallaşması mümkün olmasın”.
Bu sözləri Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

Siyasi analitik İranın tutduğu mövqeyin səbəbini bu kommunikasiya xətlərinin Türkiyə, Azərbaycan, Rusiya, digər tərəfdən Ermənistanın maraqlarına uyğun olması ilə izah edib:
” Qafqaz siyasətində bu, İran üçün qebuledilməz bir məsələdir. Ona görə də, İran Zəngəzur dəhlizinin açılmasına qıcıqla yanaşır. Digər tərəfdən Türkiyənin güclənməsini istəmir. Türkiyə-Azərbaycanın İrana ehtiyacı olmadan birbaşa quru dəhliz əldə etməsi rəsmi Tehran üçün qəbuledilməzdir. Bu mənada Abbas Musəvi açıqlamalarında “bəzi ölkələr” dedikdə Türkiyə nəzərdə tutur. Ancaq İran nəzərə almalıdır ki, Naxçıvana alternativ yol onsuz da onun ərazisindən çəkilir”.
//Gülnarə Abasova, Editor.az

