Zəngəzur dəhlizinin açılması niyə ləngiyir?- “Bu ölkələrin əsas marağı…”-Deputatdan AÇIQLAMAbackend

Zəngəzur dəhlizinin açılması niyə ləngiyir?- “Bu ölkələrin əsas marağı…”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan ciddi cəhdlə Zəngəzur dəhlizi ilə bağlı müəyyən siyasi manipulyasiyalar edir. Əsas məqam odur ki, əvvəllər oranın dəhliz formasında olmasının əleyhinə idilər. Düşünürdülər ki, həm Naxçıvana, həm də Ermənistana girişdə mütləq şəkildə postlar qurulsun, yoxlanılsın, gömrük məntəqələri qoyulsun ki, nəzarət təmin olunsun”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, İran ciddi cəhdlə düşünür ki, məhz dəhlizin açılması ilə yanaşı əraziyə NATO qoşunları, İsrail, Türkiyənin timsalında ABŞ və digər qüvvələr cəlb oluna bilər:

“Bu da öz timsalında guya ki, İranın təhlükəsizliyinə təhdid yarada bilər. Bunlar absurd məsələlərdir. Məlumdur ki, problemlərin həlli ikitərəfli deyil. Ümumiyyətlə, məsələ geniş miqyasda həll olunmalıdır. Bu sadəcə 10  noyabr sazişinin müddəalarını pozmaq deməkdir. Çünki birmənalı şəkildə Azərbaycan və Naxçıvan arasındakı yol bərpa edilməlidir. Naxçıvan vasitəsilə Türkiyə və Avropaya çıxış təmin edilməlidir. Burada iki ölkənin deyil, həm Rusiya, Çinin həm də ABŞ və digər ölkələrin daşınma , logistika ilə bağlı öz maraqları var”.

Deputatın sözlərinə görə, Azərbaycan öhdəliyinə götürdüyü bütün məsələləri həll edir, müvafiq işlər görür:

“Erməni tərəfi də təzyiq mexanizmi olduqca bu məsələləri həll etməlidir. Çünki dəhlizin açılması təkcə Ermənistandan asılı deyil. Birmənalı şəkildə bütün dövlətlər hansı ki, daşınmada, logistikada maraqlıdır, təzyiq və təsir mexanizmindən istifadə edəcəkdir. Bu, həm regional dövlətlərin, həm də gələcəkdə beynəlxalq dərəcədə buraya qoşulacaq ölkələrin marağındadır. Dəhlizin nəyin bahasına olursa, olsun açılması gözləniləndir”.
 
//Safura Bənnayeva, Editor.az