Zəngəzur dəhlizinin marşrutu: Xınzirək-Biçənək yolubackend

Zəngəzur dəhlizinin marşrutu: Xınzirək-Biçənək yolu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan ötən gün ölkənin ictimai televiziyasına müsahibə verib.

Editor.az modern.az-a istinadən xəbər verir ki, Qriqoryan Azərbaycanın qalan əraziləri ilə Naxçıvanı birləşdirəcək avtomobil yolunun keçəcəyi marşrut xətti barədə də danışıb.

“Əgər Azərbaycan Naxçıvanla əlaqə saxlamaq istəyirsə, Xınzirək-Biçənək yolundan istifadə etmək məqbuldur. Hazırda müzakirələr davam edir”,- deyə Qriqoryan söyləyib.

Qeyd edək ki, Xınzirək kəndi Ermənistanın Gorus şəhəri yaxınlığında, Biçənək kəndi isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində yerləşir.