Zəngəzur dəmir yolunda gömrük postu olacaq? – Qriqoryanbackend

Zəngəzur dəmir yolunda gömrük postu olacaq? – Qriqoryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsində nəzarət məsələsi müzakirə edilmir. Dəmir yolu sərhəd və gömrük qaydaları ilə fəaliyyət göstərəcək.

Editor.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.

O bildirib ki, Arazdəyən-Horadiz dəmir yolunun uzunluğu 340 km-dir, bunun 45 km-i Ermənistan ərazisinə düşür.

 

 

Onun sözlərinə görə, tikinti işləri ilə bağlı konkret vaxt demək mümkün deyil, ancaq hər iki tərəf ən qısa müddətdə sazişi razılaşdırıb, dərhal işə başlamaq ovqatındadır.