Zəngəzur tabe edilir, Bakı NATO-ya üzv olur, Xəzər isə… – Britaniyadan sensasiyabackend

Zəngəzur tabe edilir, Bakı NATO-ya üzv olur, Xəzər isə… – Britaniyadan sensasiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin oktyabrında Britaniyanın NATO-dakı keçmiş səfirləri Sara Makintoş və Adam Tomsonun yayımladığı məqalə Ermənistanda yenidən gündəm olub.

Editor.az  Globalinfo.az-a istinadən xəbər verir ki, məqalədə NATO-nun Qafqazda və Xəzərdəki mövqeyi, eləcə də Zəngəzur dəhlizi ilə bağlı baxışları yer alıb.

Məqalədə bildirilir ki, NATO Zəngəzur dəhlizi üçün Ermənistanın cənub hissəsini ya özünə, ya da Azərbaycana tabe etməlidir.

Yayımlandıqdan az sonra silinən məqalədə qeyd edilib ki, Türkiyə ilə Azərbaycanın quru əlaqəsi NATO-nun Xəzər dənizi sahillərinə birbaşa çıxışına imkan yaradır:

“NATO-nun öz qüvvələrini Xəzər sahilində yerləşdirməsi isə alyansın ən vacib strategiyalarındandır”.

Məqalədə həmçinin bildirilib ki, Azərbaycanın NATO üzvlüyü üçün Zəngəzur dəhlizi şərtdir:

“Əgər Naxçıvan hansısa formada Azərbaycanla quru yolu ilə bağlansa, o zaman Azərbaycanın qısa zaman ərzində NATO-ya üzv olması üçün hər şey hazır olacaq”.