Zəngilan Beynəlxalq Hava Limanının açılış vaxtı məlum oldubackend

Zəngilan Beynəlxalq Hava Limanının açılış vaxtı məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın ortalarında Zəngilanda Beynəlxalq Hava Limanının açılışı gözlənilir.

Bunu Trend-ə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov deyib.

“Oktyabrın ortalarında Zəngilan hava limanına ilk uçuşların başlanması gözlənilir”, – A.İmanov bildirib.

O əlavə edib ki, açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.