Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublarbackend

Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar.

Məlumatı Ermənistan mətbuatı yayıb.

Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənistan tərəfindən terrorçuların yerləşdirməsinə dair müxtəlif xəbərlər dərc edilirdi.

Məlumat üçün əlavə edək ki, Ermənistanda fəaliyyət göstərən “Yerkrapa” (ermənicə – “Yurdun qoruyucuları”) Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatıdır. Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi altı min erməni vətəndaşından ibarətdir. “Yerkrapa”nın üzvləri Birinci Qarabağ müharibəsində fəal iştirak ediblər. Təşkilatın fəaliyyəti Azərbaycanda terror təşkilatı kimi qiymətləndirilir.

Mənbə: Caliber