Zəngilan rayonunun Qazançı kəndi Canbar kənd inzibati ərazi dairəsində, dağlıq ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Qazançı kəndi Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qazançı kəndinin görüntülərini təqdim edir.