Zərdabda 3 bal gücündə zəlzələ olubbackend

Zərdabda 3 bal gücündə zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərdabda zəlzələ baş verib.

Bu barədə Oxu.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 10:56-da Zərdab stansiyasından 15 kilometr qərbdə yeraltı təkan qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 4.1, dərinliyi 18 kilometr olub.