Zərdabda AĞIR QƏZA: Ölən və yaralılar varbackend

Zərdabda AĞIR QƏZA: Ölən və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın məlumatına görə, hadisə Zərdab-Ucar yolunun Zərdab rayonu 51 saylı qəsəbədən keçən hissəsində baş verib.

Rayon sakini Nihat Əhmədxan oğlu Əhmədzadənin idarə etdiyi “BMW 320i” markalı avtomobillə Mustafa Hacı oğlu Məmmədovun idarə etdiyi “Renault Megane” markalı maşın toqquşub.

Hadisə nəticəsində Mustafa Məmmədov aldığı xəsarətlərdən Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb, sərnişinlər – Gündüz Yusif oğlu Novruzov və Məhəmməd Qurban oğlu Nemətli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.