Zərdabda ailə faciəsi – rəis müavini atası ilə eyni gündə koronavirusdan öldübackend

Zərdabda ailə faciəsi – rəis müavini atası ilə eyni gündə koronavirusdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəis müavini və atası eyni gündə koronavirusdan vəfat ediblər.

Editor.az APA-ya istinadən bildirir ki,koronavirusa yoluxan rəis müavini mayor Vüsal Mirzəyevin vəfatından bir neçə saat əvvəl isə atası Cərulla Mirzəyev dünyasını dəyişib.

Qeyd edək ki, Cərulla Mirzəyev uzun illər Zərdab rayon Maliyyə Şöbəsinin müdiri işləyib.