Zərdabda əməliyyatdan sonra vəfat edən 18 yaşlı qızın ÖLÜM SƏBƏBİ BİLİNDİbackend

Zərdabda əməliyyatdan sonra vəfat edən 18 yaşlı qızın ÖLÜM SƏBƏBİ BİLİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərdab Rayon Mərkəzi Xəstəxanasında qızın əməliyyatdan sonra dünyasını dəyişməsi ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Aytən Ramil qızı Qarayeva korbağırsaqdan əməliyyat edilib.

“Gecə sancısı tutub, əməliyyata qaldırılıb. Əvvəl hər şey yaxşı olub, narkozdan ayılıb. Sonra qəfildən halı pisləşib və dünyasını dəyişib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.

Zərdabda 18 yaşlı qız vəfat edib.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə Zərdab Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Qoruqbağı kənd sakininin ötən gün keçirdiyi əməliyyatdan sonra dünyasını dəyişdiyi bildirilir.