İranın Yəzd şəhərində avtobusun iştirakı ilə qəza baş verib. Qəza nəticəsində 35 nəfər həlak olub, 15 nəfər isə ağır yaralanıb.
Avtobus Pakistandan İraqa gedirmiş. Pakistan Radiosunun məlumatına görə, avtobusda pakistanlı zəvvarlar olub. Qəzaya səbəb əyləcin sıradan çıxması olub. Pakistan prezidenti Asif Əli Zərdari həlak olanlarla bağlı başsağlığı verib. O, Xarici İşlər Nazirliyinə zərərçəkənlərə yardım göstərilməsi və həlak olanların meyitlərinin vətənlərinə çatdırılması ilə bağlı tapşırıqlar verib.
//Samir Qurbanov, Editor.az