Zeynəb Dostəliyeva xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır – VİDEObackend

Zeynəb Dostəliyeva xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son bir həftə ərzində qrip virusuna yoluxdu. Xəbərim yox idi, bir neçə gün evdə yatıb, qızdırması olub. Qızı zəng vurub söylədi ki, anamın qızdırması var, əli-ayağı şişib. Gedib gördüm ki, bədəninə su gəlib. Onu dərhal özəl xəstəxanaya yatızdırdım”.

Editor.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Günün sədası” verilişinin canlı efirinə telefon vasitəsi ilə qoşularkən deyib.

Sənətçi müğənni bacısı Zeynəb Dostəliyevanın vəziyyətinin olduqca ağır olduğunu söyləyib.

N.Dostəliyevanın sözlərinə görə, bacısına təcili olaraq qaraciyər və böyrək köçürülməlidir:

“Qızdırma səbəbinə görə, qanı qatlaşıb, ürək damarında tromb əmələ gəlib. Damara qan getmir. Ciyərləri və böyrəyi fəaliyyətini itirib. Bu günlərdə bacardığım qədər bu məsələnin üstünə düşdüm. Həkimlər sağ olsunlar. Bu gün bacımın qaraciyər və böyrək tranplantasiyasına ehtiyacı var.

Bununla bağlı ölkə başçısına və Mehriban xanım Əliyevaya müraciət ünvanlamışam. İnanıram ki, Mehriban xanım mənim ikinci travma almağıma ( birinci travması – oğlu Əli dünyasını dəyişib –  red.) imkan verməyəcək.
Bacımın yanına girirəm, onunla danışıram, məni tanıyır. Görür məni ağlayır. Həkimlərlə əlaqə saxlayıram. Qızdırması yoxdur, şişi yatıb. Hələki özünə gəlib. Ölüm səviyyəsinə gələn haldan çıxıb. Bu hala düşməsinə özüdür səbəb. Bütün varlığımla inanıram ki, mənə kömək olacaqlar”.