Zeynəb Vəfaya QƏZƏBLƏNDİ: “Bundan sonra səni tanımaq belə istəmirəm” – VİDEObackend

Zeynəb Vəfaya QƏZƏBLƏNDİ: “Bundan sonra səni tanımaq belə istəmirəm” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənnilər Vəfa Şərifova ilə Zeynəb Həsəni arasında qalmaqal yaşanıb.  

Tərəflər arasında yaşanan münaqişə isə Vəfanın bir müddət əvvəl söylədiyi “Nəfəsə təklif etdim ki, gəl duet oxuyaq. Ondan sonra o, Zeynəb Həsəni ilə duet oxumaq istədi. Dedim ki, siz oxuyun, mənimlə isə dueti dayandıraq. Amma Nəfəs razılaşmadı. Zeynəb o ərəfələrdə indiki kimi bu dərəcə də tanınmırdı. Nəfəs söylədi ki, Zeynəbə dəstək olmaq istəyirəm. Onun bu sözlərini eşitdikdən sonra başqa söz deyə bilmədim. Çünki insanın ürəyində dəstək olmaq kimi bir hiss varsa, çox gözəl bir duyğudur. Başqa bir addım ata bilməzdim. Belə, üçlü şəkildə davam etdik. Yəni, həm mənimlə, həm də Zeynəblə Nəfəs duet ifa etdi” sözlərinə Zeynəbdən cavab gəlib.

Editor.az bizim.media-ya istinadən bildirir ki, Zeynəb Həsəni qonaq olduğu “7 canlı” axşam şousunda Vəfa Şərifovanın iddialı açıqlamasına qəzəblənib. Həsəni qarşı tərəfin adını belə dilinə almayaraq, onun müğənni olmadığını söyləyib.

“Bu xanımın açıqlamasını sosial şəbəkədə dinlədim, dedim bu nədir belə? Bu qızla bir neçə gün əvvəl bir yerdə oturmuşuq. Bu nə düşüncədir? Sən mənimlə duet oxuyursansa, başqası ilə oxuma… Sənin qəlbin nə qədər fəsad və pis ola bilər ki, sən o xanımla duet oxuyacaqsan mənimlə oxuma. Biz hamımız eyni sənətdəyik, Beş-on manat pul qazanıb, dolanmaq üçün hamımız əziyyət çəkib, bu sənətə gəlmişik.

Belə başa düşürəm ki, sən müğənni deyilsən, ona görə də bu düşüncədəsən. Ya da sənin qazancın tək müğənnilikdən deyil ki, sən bunu düşünürsən… Çünki bu sənətdə olan insanlar bir-birini çox gözəl başa düşür. Bu qız sənətdə deyil. Bu qıza mən “oxuyan” demək istəmirəm çünki oxuyan deyil.

Onun adını belə çəkmək istəmirəm… Onunla danışmışam və demişəm ki, bundan sonra səni tanımaq belə istəmirəm. Efir vasitəsi ilə ona demək istəyirəm ki, insan qalmaqal ilə gündəmə gəlməz.

Mənim efirdə kiminlə isə qalmaqal etdiyimi gözə bilməzsiniz. Mənim sənətim mahnı oxumaqdır. Mən gündəmə mahnı oxumaqla gəlmək istəyirəm, kiməsə söz atmaqla deyil. Bu xanım öncə Şəbnəm Tovuzluya, sonra Türkan Vəlizadəyə söz atdı. İndi də güya hədəf mənəm. Səbəb isə onun ifa etdiyi mahnıların tutmamasıdır (hitə çevrilməmək – red.). Odur ki, başlayır müğənnilərə söz atmağa. Deyir ki, Zeynəb o zamanla indiki kimi tanınmamışdı. Düz deyirsən, mən sənin kimi qalmaqal ilə deyil, sənətimlə gündəmə gəlmək istəyirəm”, – deyə Zeynəb vurğulayıb.