Türkiyənin Kayseri şəhərində binanın qarşısında qalan zibil üstündə mübahisə düşüb. Bir müddət sonra mübahisə atışmaya çevrilib. Nəticədə ata və oğul xəsarət alıb.
Hadisə yerli saatla 17:30 radələrində Melikqazi rayonu, Səlimiyə məhəlləsinin Ortahisar küçəsində yerləşən 5 mərtəbəli binada baş verib.
İddiaya görə, A.K. qonşusu Əli Osman Ö. və onun oğlu Murat Ö. arasında binanın qarşısında qalan “zibil” üstündə mübahisə düşüb. Mübahisə qısa müddətdə böyüyüb və silahlı döyüşə çevrilib. Odlu silahdan açılan atəş nəticəsində ata və oğul yaralanıb.
Yaralılar Kayseri Şəhər Xəstəxanasına aparılıb. Vəziyyətlərinin yaxşı olduğu bildirilib. Hadisəni törətməkdə şübhəli bilinən A.K. saxlanılaraq polis bölməsinə aparılıb.
//Samir Qurbanov, Editor.az

