Zimbabvedə kilsə üzvlərini daşıyan avtobus aşıb: 35 ölü, 71 yaralıbackend

Zimbabvedə kilsə üzvlərini daşıyan avtobus aşıb: 35 ölü, 71 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zimbabvedə kilsə üzvlərini daşıyan avtobus yoldan çıxaraq dərəyə uçub.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, dəhşətli qəza nəticəsində 35 nəfər ölüb, 75 nəfər isə yaralanıb. İlkin məlumatlara görə, qəza avtobusun yükünün çox olması səbəbindən baş verib. Bildirilib ki, normalda avtobusun maksimal tutumu 75 sərnişindir.

Hadisədən sonra kilsə nümayəndələri rəsmi şəxslər tərəfindən tənqid olunub .

“Kilsə nümayəndələri nümunəvi olmalı idilər. Ancaq onlar avtobusu həddindən artıq yükləyərək insan həyatını təhlükəyə atdılar”, -deyə rəsmilər bildirib.

//Editor.az