Zirəddindən BƏDBİN PROQNOZ: “Bəşəriyyəti böyük dəyişikliklər gözləyir”backend

Zirəddindən BƏDBİN PROQNOZ: “Bəşəriyyəti böyük dəyişikliklər gözləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ən doğru addım tikinti, istehsal və müasir texnologiyalara investisiya qoymaqdır. İnvestisiya və bank işi ilə məşğul olan insanlar diqqətli olmalıdırlar – bu il onlar üçün çox riskli olacaq”.

Bunu Rusiyada yaşayan rkstrasens Zirəddin Rzayev deyib.

Zirəddin əmindir ki, yaxın gələcəkdə təhlükəli xəstəliklərdən qurtulmaq mümkün olmayacaq, ona görə də sağlamlığınıza fikir verin.

Ezoterist hesab edir ki, bəşəriyyət patogen mikroorqanizmlərlə mübarizədə uzun və çətin bir yol keçib.

“Hələ 2017-ci ildə mən gələcək pandemiya ilə bağlı proqnoz vermişdim – ciddi virus, maskalar… Təəssüf ki, yeni viruslar hələ uzun illər bizimlə olacaq. Buna görə bəşəriyyəti böyük dəyişikliklər gözləyir”, – o deyib.

Publika.az