Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edibbackend

Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm Mehriban xanım.

Təbiətin oyanışı və yenilənməsi, xalqlarımızın minillik ənənələri və xeyirxah adət-ənənələrinin bənzərsiz təcəssümü olan Novruz bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Şərq Yeni ilində Sizə və ailə üzvlərinizə xoşbəxtlik, uğur və gözəl əhvali-ruhiyyə arzulayıram. Doğma ölkənizə rifah, abadlıq və əmin-amanlıq diləyirəm”.