Ziya Bünyadov prospektində yol qəzası olub, yolda sıxlıq yaranıbbackend

Ziya Bünyadov prospektində yol qəzası olub, yolda sıxlıq yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.