Ziya Bünyadovun qatilinin qohumuna bu federasiyada vəzifə verildibackend

Ziya Bünyadovun qatilinin qohumuna bu federasiyada vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sambo üzrə 9 qat dünya çempionu polis polkovnik-leytenantı Ceyhun Məmmədovun rəhbəri olduğu Azərbaycan Sambo Federasiyasında yeni təyinat olub.

İş adamı Murad Cəfərov Azərbaycan Sambo Federasiyasının Döyüş Sambosu üzrə Vitse-prezidenti vəzifəsini icra edəcək.
Həmçinin Murad Cəfərov Azərbaycan Brazilya Ciu-Citsu Klubu İctimai Birliyinin vitse-prezidentidir.

Qeyd edək ki, Murad Cəfərovun dayısı Həsənov Rövşən görkəmli şərqşünas alim, akademik Ziya Bünyadovu qətlə yetirən silahlı qruplaşmanın tərkibində olub. O, bu əməllərinə görə 2000-ci ildə 14 il həbsə məhkum edilib və 9 il 8 ay həbsxana həyatı keçirib.

//unikal.org