Ziyarətdən qayıdanlar Lerikdə qəzaya düşüb, 8 nəfər ölüb, 10-dək yaralı var – FOTO – ADLAR – YENİLƏNİBbackend

Ziyarətdən qayıdanlar Lerikdə qəzaya düşüb, 8 nəfər ölüb, 10-dək yaralı var – FOTO – ADLAR – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib.

Xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Bu barədə APA-ya Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev məlumat verib. Məlumata görə, ölənlərin sayı 8-ə çatıb.

Ölənlərin bəzilərinin adı açıqlanıb:

Səyyadov Səyyad Hacıbala oğlu – sürücü

Nərimova Nazilə Ağaəli qızı

Fərəcovaa Şərafət Ənvər

İbrahimova Əsmət Ağababa qızı

Qurbanova Güllər Məmmədağa

17:10

Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər.

APA xəbər verir ki, təqribən 18-20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.

Qəza nəticəsində 5 nəfər ölüb, 10-a qədər insan yaralanıb.

Lerik rayon İcra Hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov xəbəri təsdiqləyib.

Hazırda faktla bağlı araşdırma aparılır.