Zlatan İbrahimoviç karyerasını başa vura bilərbackend

Zlatan İbrahimoviç karyerasını başa vura bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milan”nın 40 yaşlı hücumçusu bu mövsümün sonunda karyerasını başa vura bilər.

Editor.az “Sporx” a istinadən xəbər verir ki, İsveç milli komandasının 2022 Dünya Çempionatının final mərhələsinə qatılmaması əfsanəvi oyunçunun qərarına təsir edib. Mövsümün sonunda “Milan”la müqaviləsi bitən İbrahimoviç yeni müqavilə üçün danışıqlara başlamayıb. Hazırkı müqaviləyə görə, ildə 7 milyon avro qazanan İsveç əfsanəsi hal-hazırda “rossionerlər”in ən çox qazanan futbolçusudur.

İtaliyanın “La Gazzetda dela sport” nəşrinin məlumatına görə, ulduz futbolçu karyerasını başa vurduqdan sonra klubda qalacaq. O baş məşqçi Stefano Piolinin məşqçilər heyətində yer alacaq.

Qeyd edək ki, İbrahimoviç cari mövsümdə 23 rəsmi oyunda 8 qola imza ataraq iki məhsuldar ötürmənin də müəllifi olub.

//Editor.az