Zod qızıl yatağının 76 faizi Azərbaycan ərazisindədirbackend

Zod qızıl yatağının 76 faizi Azərbaycan ərazisindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcərin Zod qızıl yatağının 76 faizi Azərbaycanda, 24 faizi isə Ermənistan ərazisindədir.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O qeyd edib ki, yatağın ilkin qiymətləndirilmiş resurs ehtiyatı 112 ton qızıl olub.

“Yəqin ki, gələcəkdə ehtiyaların yenidən qiymətləndirilməsi mümkündür. İşğal dövründə yataq ciddi istismar edilib”, – deyə o əlavə edib.