Zulfiyyə Nuriyeva: Aliment Fondu dövlətin sosial siyasətinin təminatı sahəsini əhatə edən uğurlardan biri olacaqbackend

Zulfiyyə Nuriyeva: Aliment Fondu dövlətin sosial siyasətinin təminatı sahəsini əhatə edən uğurlardan biri olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aliment Fondunun yaradılması təşəbbüsünü, sosial siyasətin tərkibində tək analara istiqamətlənmiş ən önəmli addımlardan biridir”.

Bu sözləri Sosial –İqtisadi və Kənd Təsərrüfatının inkişafına dəstək İB sədri Zülfiyyə Nuriyevə Editor.az-a açıqlamasında deyib.

O, Aliment Fondunun yaradılması təşəbbüsünü, sosial siyasətin tərkibində tək analara istiqamətlənmiş ən önəmli addım hesab edir:

“Aliment Fondunun yaradılması ilk növbədə tək anaların özgüvəninin sabitliyini və cəmiyyətə daha keyfiyyətli övlad bəxş edəcəyinin təminatıdır. Cütlüklərin nigahı sonlandırma qərarı verdikləri zaman övladı düşünmədən atdıqları addımın fəsadları qısa müddətdən sonra ananın övladı ilə mənzil təminatının olmaması,valideyninin evində məskunlaşması, tək ananın ailə tərəfindən, ictimai qınağın yükündən və müxtəlif mental məhdudiyyətlərin nəticəsində pozulan psixllogiyası və bunun fonunda maddi çətinliklər düşünmədiyimiz faciələrə yol aça bilir. Bu isə yenə övladların sağlam, psixoloji rahat böyüməsinə təbii ki, təsirsiz ötə bilməz. Aliment Fondu mükəmməl ideyadır və ümumilikdə sağlam cəmiyyətin formalaşmasında, tək anaların övladları ilə birgə güvəndə yaşamasına bir qarantidir. Ananın maddi təminatı, övladın şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli rol oynayır. Bu isə cəmiyyətimizin uğurlu gələcəyi və inkişafı üçün çox mühüm prioritet istiqamətlərdən biridir. Aliment Fondu dövlətin sosial siyasətinin təminatı sahəsini əhatə edən uğurlardan biri olacaq”.

Qeyd edək ki , Aliment Fondunun yaradılması ictimai vəkillik proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltinq və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində dəstəklənir.

//Editor.az