Zurab Sereteli vəfat edibbackend

Zurab Sereteli vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SSRİ Xalq rəssamı, gürcü heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli 91 yaşında vəfat edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə sənətşünas Kseniya Korobaynikova “Telegram” kanalında məlumat yayıb.

“Böyük rəssam. Böyük insan. Böyük vətəndaş. Böyük mesenat. O, bir çox başqa işlərdə də uğur qazanıb”, – deyə Korobaynikova yazıb.

Onun ürək dayanmasından öldüyü bildirilir.

Sereteli beş mindən çox rəsm, qrafika, heykəltəraşlıq, monumental-dekorativ sənət (freska, mozaika, panno) və sair əsərlərinin müəllifidir. O, heykəltəraş kimi çoxlu abidələr yaradıb.

Xatırladaq ki, Zurab Sereteli 1934-cü ildə Tbilisidə anadan olub.