“Zvartnots” qəfildən bağlandıbackend

“Zvartnots” qəfildən bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvandakı “Zvartnots” hava limanı bazar ertəsi səhər bağlanıb və bu, həm gələn, həm də gedən reyslərin bir neçə saat gecikməsinə səbəb olub.

“İrəvana gələn və oradan uçan 12 reysin gecikməsinə səbəb uçuş-enmə zolağının 13:30 -a qədər davam edəcək hissəsində aparılan işlər olub” – Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbərinin köməkçisi Lilit Ağabekyan deyib.

Ümumilikdə 12 reys təxirə salınıb. İrəvana uçan təyyarələr Moskva, Sankt-Peterburq və Soçidən yola düşmək üçün gecikir. Həmçinin Kişinyov, Venesiya və digər şəhərlərdən gələn sərnişinlər səhərlər uça bilmirlər.

//Samir Qurbanov, Editor.az