11 yaşlı uşaq 5 yaşlı qardaşını öldürübbackend

11 yaşlı uşaq 5 yaşlı qardaşını öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Colorado ştatında 11 yaşlı uşaq 5 yaşlı qardaşını öldürüb.

Editor.az xəbər verir ki, bu barədə New York Post nəşrinə istinadən məlumat yayılıb. Bildirilir ki, azyaşlının meyiti evdə aşkar edilib. Böyük qardaş isə sonradan birinci dərəcəli qətldə ittiham olunub.

Uşaqların böyük xalası Douna Maylsın sözlərinə görə, hadisə məktəbdən sonra baş verib. O bildirib ki, kiçik uşaq evə qayıtdıqdan sonra yatıb, böyük qardaşa isə ev işləri tapşırılıb.

Hər iki uşağın azyaşlı olması səbəbindən hadisənin detalları rəsmi şəkildə açıqlanmır. Ailə üzvləri də baş verənlə bağlı şərh verməkdən imtina ediblər.

Yaxınlarının sözlərinə görə, qardaşlar bir-birinə çox bağlı olublar və demək olar ki, heç vaxt ayrılmayıblar.
“Onlardan birini görəndə, digəri də mütləq yanında olardı”, – deyə Mayls xatırlayıb.

Hadisədən sonra ailə yaşadıqları evi tərk edib və daimi yaşayış yeri tapana qədər müvəqqəti olaraq otellərdə qalır.

//Gülnarə Abasova, Editor.az