Hikmət Hacıyev: “Azərbaycan və Serbiya regionlararası əməkdaşlıqda da mühüm rol oynayır” – FOTObackend

Hikmət Hacıyev: “Azərbaycan və Serbiya regionlararası əməkdaşlıqda da mühüm rol oynayır” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Serbiya münasibətləri ilə bağlı paylaşım edib.

Oxu.Az-ın xəbərinə görə, Hikmət Hacıyev bununla bağlı öz “X” hesabında fikirlərini bölüşüb.

“Azərbaycan və Serbiya strateji tərəfdaşlar və inkişaf etməkdə olan orta güclər kimi regionlararası əməkdaşlıqda da mühüm rol oynayır – Azərbaycan müvafiq olaraq Cənubi Qafqazda və Xəzər regionunda, Serbiya isə Balkan yarımadasında yerləşir.

Zəngəzur dəhlizi/TRIPP təşəbbüsü daha geniş Xəzər regionu, Mərkəzi Asiya və Balkan ölkələri arasında əlaqələrin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır”, – deyə o bildirib.