Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı on nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şagirdlərdən biri – Yusuf Tarık Gülün həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı saxlanılan şəxslərinin sayının isə 20 nəfərə çatdığı bildirilir.

