ABŞ və İran arasında nizamlanma üzrə danışıqların ilk raundunun aprelin 10-da keçirilməsi gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, danışıqların ilk mərhələsi İslamabad şəhərində baş tutacaq.
Sülh danışıqlarında ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin də iştirak edəcəyi gözlənilir.
Məlumata görə, ABŞ və İran arasında İslamabad şəhərində keçiriləcək danışıqlarda Pakistan nümayəndələri də iştirak edəcək və vasitəçi rolunu oynayacaqlar.

