Ağ Ev-in 2027-ci il büdcə layihəsində Ukraynaya dəstək nəzərdə tutulmayıbbackend

Ağ Ev-in 2027-ci il büdcə layihəsində Ukraynaya dəstək nəzərdə tutulmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev tərəfindən hazırlanmış 2027-ci il büdcə layihəsində Ukraynaya hər hansı dəstək maddəsi yer almayıb.

Editor.az xəbər verir ki, sənəddə Kiyevə nə hərbi, nə də maliyyə yardımı nəzərdə tutulur.

Ağ Ev-in hazırladığı 2027-ci il büdcə layihəsində Ukraynaya dəstəyi əks etdirən heç bir bəndin olmadığı məlum olub. Sputnik tərəfindən araşdırılan 92 səhifəlik sənəddə “Ukrayna” sözünə belə rast gəlinmir. ABŞ administrasiyası Kiyevə nə silah və sursat tədarükü, nə də əlavə maliyyə paketləri vasitəsilə yardım göstərməyi planlaşdırır.

Bundan əlavə, Ağ Ev 2027-ci ildə Ukraynaya humanitar yardım üçün də vəsait ayırmağı nəzərdə tutmur.

Digər tərəfdən, Vaşinqton hərbi büdcəni rekord səviyyəyə çatdıraraq 1,5 trilyon dollara yüksəltməyi planlaşdırır. Layihədə 18-i döyüş, 16-sı dəstək olmaqla ümumilikdə 34 gəminin inşasına 65,8 milyard dollar ayrılması təklif olunur. Bu investisiyaların ABŞ-ın zərbə gücünü bərpa etməyə və ölkənin qlobal təhdidlər qarşısında mütləq hərbi üstünlüyünü təmin etməyə yönəldiyi bildirilir.

Ağ Ev həmçinin nüvə kompleksinin modernləşdirilməsi və şaxələndirilməsi daxil olmaqla maliyyələşdirilməsi üçün Pentaqon büdcəsinin artırılmasını tələb edib.

Qeyri-hərbi xərclərin isə 73 milyard dollar, yəni 10 faiz azaldılması planlaşdırılır. Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlara ödənişlərdə də 2,7 milyard dollarlıq ixtisar nəzərdə tutulur.

// Gülnarə Abasova, Editor.az