Rusiyanın Novo-Ufimski Neft Emalı Zavodu Ukrayna dronlarının hücumundan sonra ən böyük xam neft emalı qurğularından birini bağlamaq məcburiyyətində qalıb.
“Reuters” agentliyinin üç sənaye mənbəyinə istinadən verdiyi məlumata görə, Novo-Ufimski Neft Emalı Zavoduna hücum 2 apreldə baş verib. Hücumdan sonra zavodun ərazisində yanğın baş verib. Agentliyin mənbələrinə görə, Neft Emalı Zavodundakı CDU-5 qurğusu sıradan çıxıb, hansı ki, zavodun ümumi gücünün təxminən 28%-ni təşkil edir.
Agentlik qeyd edib ki, Novo-Ufimski Neft Emalı Zavodu “Rosneft” şirkətinə məxsusdur. Neft emalı zavodunda həmçinin daha üç xam neft distillə qurğusu var.
//Samir Qurbanov, Editor.az

