İran artıq nüvə silahlarını zənginləşdirməyəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
O, sosial media səhifələrində ABŞ-ın İranla birlikdə İslam Respublikasından bütün basdırılmış nüvə tullantılarını çıxaracağını qeyd edib. “Uran zənginləşdirilməsi olmayacaq və ABŞ İranla əməkdaşlıq edərək bütün dərin basdırılmış nüvə tullantılarını qazacaq və təmizləyəcək.” – Donald Tramp deyib. O, həmçinin vurğulayıb ki, İranda hökumət dəyişikliyindən sonra ABŞ onunla əməkdaşlıq edəcək.
“Amerika Birləşmiş Ştatları İranla sıx əməkdaşlıq edəcək, çünki orada çox məhsuldar rejim dəyişikliyinin baş verdiyini müəyyən etmişik.” – Ağ Ev rəhbəri vurğulayıb.
Bu gün əvvəl ABŞ və İranın iki həftəlik atəşkəs barədə razılığa gəldiyi açıqlanıb. Bu atəşkəs zamanı Hörmüz boğazından gəmi daşımaları bərpa olunacaq. Növbəti İran-Amerika danışıqları bu cümə, 10 apreldə Pakistanın paytaxtında keçiriləcək.
//Samir Qurbanov, Editor.az

